• Xaçapuri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25 589

Tarix : 18-07-2017, 17:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
Xəmir ümün:
3 st un
1 st biraz isidilmiş süd
1 ç.q. quru maya
1 ç.q. duz
1 yumurta
2 ç.q. şəkər
4 y.q. günəbaxan yağı

Pendirli içlik:
400 qr ağ pendir
1 yumurta
Əlavə Xaçapurinin üstünə sürmək üçün 1 yumurta və hər Xaçapurinin ortasına vurmağa 4 yumuta hər kündə sayına görə.

Hazırlanması:
1. Öncə xəmirdən başlayaq. Dərin qabın içinə unu ələmək, duz, şəkər və maya əlavə etmək.
Mən quru aktiv maya istifadə etdim , aktiv maya - yəni suda həll etmək lazım deyil, birbaşa una qatılır.
Bütün quru ərzaqları yaxşı-yaxşı qarışdırmaq , ortasında çuxur açmaq və bura 1 yumurta qırmaq, yağı əlavə etmək və azacıq isinmiş südü az-az tökərək yumuşaq , ələ yapışmayan xəmir yoğurmaq.
Hazır xəmirin üstünü örtmək və 1 saat külək oynamayan yerdə saxlamaq.
2. Bu müddət ərzində içlik hazırlamaq. Pendiri duzlu sudan əvvəldən çıxardıb 10 dəq kağız salfetin üstündə saxlamaq ki , suyu çəkilsin.
Sonra pendiri çəngəl ilə əzmək və 1 yumurta əlavə edib yaxşıca qarışdırmaq. İçlik hazırdı.
3. Xəmirin həcmi 1 saat ərzində 2 dəfə artacaq. Onu 4 ya 5 yerə bölmək, hər birini oxloynan nazik açmaq.
Bundan sonrakı işləri şəkildə baxa bilərsiz. Bunun üçün ( bəlkə bilməyənlər var ) Xaçapurinin şəklini barmağınızla kitab vərəğı kimi sürüşdürün sola.

Açdığınız xəmirin hər iki qarşılıqlı tərəfini nazik bükün və ortaya gətirin.
Sonra uclarını barmağınızla sıx şəkildə birləşdirin.
Orta boş qalacaq, qayığa bənzər. Onu birazda əlinizlə aralayın ki, içlik qoya biləsiz. Bunu soba sinisinə keçirin. Ortaya bol-bol pendirli içlik qoyun.
1 yumurtanı kasəyə qırın və çəngəllə açın. Xaçapurinin kənarlarına yumurta çəkin.
Əvvəldən 200 t isinmiş sobaya göndərin və üstü qızaranadək 10-15 dəq bişirin.

Elə ki üstü qızardı, çıxardın sobadan və hər bir Xaçapurinin ortasına ehtiyatla 1 yumurta qırın.
Elə edin ki, sarısı dağılmasın. Yenə göndərin sobaya 5 dəqiqəlik. Bunun qaydası belədir ki, yumurtanın ancaq ağı biraz özünü tutmalıdır , sarısı isə boş təhər qalmalıdır , ilıtma yumurtası kimi. Qətiyyən yumurta tam bişməməlidir, Xaçapurinin qaydası belədir.
Əgər yumurta istəmirsiz , onda hazır qaynar Xaçapurinin üstünə 1 çay qaşığı kərə yağı qoyun və beləcə yeyin.

Xaçapuri resepti - FOTO RESEPT

Xaçapuri resepti - FOTO RESEPT

Xaçapuri resepti - FOTO RESEPT

Xaçapuri resepti - FOTO RESEPT

Xaçapuri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, Xaçapurinin, içlik, etmək, əlavə, açmaq, göndərin, qarışdırmaq, sarısı, aktiv, belədir, qaydası, şəkildə, yaxşı, xəmirin, barmağınızla, nazik, Bunun, Sonra, ərzində
BİZİ İZLƏYİN