• Qızıl balıq piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 594

Tarix : 17-02-2016, 15:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 banka balıq konservi
0,5 st. düyü
3 yumurta
1 baş soğan
1 kq hazır qat-qat yağlı xəmir
50 q kərə yağı
duz
istiot

Hazırlanması:
Düyünü hazır olanadək bişirin. Süzüb üstündən soyuq su axıdın ki, yapışmasın.
Soğanı xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun.
İki yumurtanı suda bişirib təmizləyin, xırda doğrayın. Düyü, yumurta, qovrulmuş soğanı qarışdırın.
Xəmiri yayın (çox nazik olmasın), üzərinə un səpib iki qatlayın, bir tərəfini bitişik saxlamaqla balığın yarısının konturunu çəkin, kəsin, yenidən açın. Tam balıq forması alınacaq.
Formanın içinə perqament döşəyin. Balıq formasında olan balığı üstünə qoyun. Xəmir qalıqlarından yayıb 1,5 sm enində şəridlər kəsin (bu, piroqun kənarları üçün lazımdır).
Yumurtanı 1 x.q. su ilə çalıb balığın kənarlarına çəkin. Nazik xəmir şəridlərini kontur boyu yapışdırın (piroqun kənarları). Yəni balıq formasında "qutu" alınacaq.
İçinə düyü qarışığını yayın. Üzərinə isə çəngəllə əzdiyiniz balıq konservini düzün.
Xəmir qalıqlarını yayıb "baş" və "quyruq", eləcə də badənin köməyi ilə "pulcuqlar" kəsin. Bunları çaldığınız yumurtanın köməyi ilə balığın üzərinə "yapışdırın".
Yumurtanın qalanını hazır balığın üzərinə çəkin, 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: doğranılır, salat, sirkəsi, əlavə, bitki, hazırlanması, kubik, həmçinin, istiot, xırda, şəklində, çuğundur, inqredientlər, qabına, Hazırlanmış, Limon, Bişmiş, səpilir, şirəsi, Şüyüd
BİZİ İZLƏYİN