• Fransızsayağı ət resepti

Reseptin məlumatları Baxış sayı: 15 719

Tarix : 16-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 qr ət
3 ədət orta boy kartof
1 ədət böyük pomidor
2 ədət soğan
200 qr mayonez
150 qr holland pendiri
duz, istiot, cəfəri
50 qr alma sirkəsi

Hazırlanması:
Əti parçalara bölürük 1.5 sm qalınlığı, uzunluğu 10 sm yaxın genişliyi 5 sm.
əti iki tərəfinidə döyürük və duz-istiot vurub tavada iki tərəfli qızardırıq.
soğanı xalqa şəklində doğrayın sirkədə 30 dq saxlayın.
yağlanmış listə sırayla qat qat düzürük:əti,soğanı,kartofu,rəndələnmiş pendiri, mayonezi sonra pomidoru üstünə düzürük.
bəzək üçün 3 yarpaq cəfəri üzərinə qoyuruq.
öncədən 180 dərəcədə isidilmiş sobada 30 – 35 dq bişiririk.

Nuş olsun!
Etiketlər: istiot, cəfəri, düzürük, pendiri, soğanı, kartofu, rəndələnmiş, mayonezi, sonra, sırayla, sirkədə, saxlayın, yağlanmış, listə, pomidoru, üstünə, isidilmiş, sobada, bişiririk
BİZİ İZLƏYİN