• Aralıq dənizi souslu makaron resepti

Reseptin məlumatları Baxış sayı: 14 423

Tarix : 27-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 Paket Spagetti
4 Pomidor
5 Acı bibər
200 qr Zeytun
2-3 Diş Sarımsaq
1 Qaşıq tomat pastası
3-4 Dəstə Cəfəri
1 Kasa Rəndələnilmiş Yağsız Pendir
2 xörək qaşığı zeytunyağı
Duz, Kəklik
Bir Çimdik Nanə

Hazırlanması:
Spagettinini paketinin üzərindəki qaydalara görə qaynadın.
Pomidorları rəndələyin, bibərləri tumlarınıdan təmizləyib incə doğrayın. Zeytunu çərdəklərini çıxarın, sarımsaqları əzin.
Yağsız tavada bibərləri qovurub pomidorları əlavə edərək bişirin. Suyunu çəkincə sarımsaq, tomat, duz və ədviyyatları əlavə edib qarışdırın.
Zeytunu əlavə edib ocaqdan götürün. Cəfərini yuyub incə incə doğrayın və ayrı bir qabda yağsız pendir ilə qarışdırın. Spagettini süzüb süfrəyə vermək üçün qaba qoyun.
Üzərinə əvvəl pomidor sousunu ardından isə pendirli qarışığı tökün və zeytunyağını əlavə edin. Süfrəyə isti verin.

Nuş olsun!
Etiketlər: əlavə, bibərləri, qarışdırın, Yağsız, doğrayın, tomat, Zeytunu, götürün, Cəfərini, yuyub, yağsız, qabda, edərək, bişirin, sarımsaq, çəkincə, pendir, Suyunu, ədviyyatları, ocaqdan
BİZİ İZLƏYİN