• Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 32 369

Tarix : 31-07-2014, 02:01

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 böyük badımcan
500 qr ət
1 soğan
2 böyük pomidor
1 yaşıl bibər
duz
istiot
qızartmaq üçün yağ

Sous üçün:
2-3 x.q. kərə yağı
2 x.q. un ( dolu olmayan)
2 st. süd
duz
istiot

Üzəri üçün :
200 qr holland pendiri
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Hazırlanması:
Badımcanları ara bir soyub, nazik, uzun fallar şəklində doğrayıb duzlayın, 20-30 dəqiqə kənara qoyun.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Sonra soyuq su ilə yuyub, yağda azca qızardıb salfetin üzərinə düzün ki, artıq yağı çəkilsin.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Əti doğrayıb tavada suyunu çəkənə qədər bişirin.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Ətin suyu çəkiləndə soğanı xırda doğrayın, bibəri də doğrayıb ətin üzərinə əlavə edib bişirin.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Pomidoru sürtkəcdən keçirib və ya xırda doğrayıb bura əlavə edin, yarım stəkan da su əlavə edib,duz və istiotunu töküb qapağı bağlı şəkildə bişirin.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Ət bişən müddətdə beşamel sousunu hazırlayaq. Bunun üçün un və yağı bir kiçik qazana qoyub az odda qovuraq.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Sonra südü əlavə edib çırpma telı ilə tez-tez qarışdırın ki, un toparlanmasın. Duz və istiotunu da əlavə edin. Sous qatılaşanda kənara çəkin.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Qızartdığınız badımcanları soba qabına düzün.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Üzərindən əti tökün.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Sonra beşamel sousunu yemeyin hər tərəfinə tökün.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Ən üstə sürtkəcdən keçirilmiş holland pendiri səpin və sobada 180 dərəcədə 20-30 dəqiqə bişirin.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Beşamel souslu badımcan yeməyimiz hazırdı.
Sobada beşamel souslu badımcan resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, doğrayıb, bişirin, Sonra, düzün, üzərinə, beşamel, sousunu, tökün, dəqiqə, pendiri, kənara, xırda, badımcan, istiotunu, istiot, sürtkəcdən, holland, böyük, qazana
BİZİ İZLƏYİN