• Beşamel souslu toyuq piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 271

Tarix : 31-05-2015, 22:00

Bölmə : Toyuq yeməkləri / Duzlu xəmir işləri / Souslar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
barata:

100 ml isti su
1 çimdik şəkər tozu
1 qəhvə qaşığı quru maya

xəmir:
un (gərək olunca)
2 x.q. xama
1 yumurta
0,5 ç.q. duz
50 q yumşaldılmış kərə yağı
1 yumurtanın sarısı (üzərinə çəkməyə)

:
3 toyuq filesi
təzə cəfəri
qara istiot
duz
1 st. beşamel sousu

beşamel sousu:
1 st. süd (və ya toyuq bulyonu)
50 q kərə yağı
1 dolu x.q. un
duz
ətirli, bəyaz istiot
azca muskat cevizi (zövqə görə)

(ərzaq 20 sm dm-li forma üçün nəzərdə tutulub)

Hazırlanması:
İsti suya şəkər tozu və mayanı tökün, qarışdırıb 15 dəqiqə saxlayın.
Bu müddət keçəndən sonra barataya xama, yumurta, yağ və duz əlavə edib çalın, az-az un əlavə edib xəmir yoğurun.
Xəmiri isti yerə qoyub gəlməsini gözləyin (təxminən 1 saat).
Toyuq ətini bişirin, kubik doğrayın.
Beşamel sousu: dərin tavada kərə yağını əridin, un səpib taxta qaşıqla yaxşıca qarışdırın, lopa qalmasın, qarışdırmağı dayandırmadan qaynar südü və ya bulyonu az-az əlavə edin, duz, istiot, muskat cevizi səpin. Sousu daha 2-3 dəqiqə bişirin, sonra istəsəniz, süzün ki, içində lopa qalmasın.
Toyuq əti, beşamel sousu, doğranmış cəfərini qarışdırın.
Xəmiri un səpilmiş masanın üzərində azca ətləyin, 2 hissəyə bölün (biri böyük, biri kiçik). Böyük hissəni yağlanıb un səpilmiş formaya döşəyin, kənarlarını qaldırın. İçi qoyub, üstündən basıb yastılayın.
İkinci xəmiri yayıb için üstündən qoyun, kənarlarını altdakı xəmirlə birləşdirin, ortasında deşik açın. 20 dəqiqə saxlayın. Üzərinə yumurta sarısı və ya süd çəkin.
180 dərəcə qızdırılmış sobada hazır olanadək bişirin. Qaynar piroqun üzərinə kərə yağı çəkin. Bir qədər saxlayın, o zaman üzəri də yumşalacaq.

Beşamel souslu toyuq piroqu resepti - FOTO RESEPT

Beşamel souslu toyuq piroqu resepti - FOTO RESEPT

Beşamel souslu toyuq piroqu resepti - FOTO RESEPT

Beşamel souslu toyuq piroqu resepti - FOTO RESEPT

Beşamel souslu toyuq piroqu resepti - FOTO RESEPT

Beşamel souslu toyuq piroqu resepti - FOTO RESEPT

Beşamel souslu toyuq piroqu resepti - FOTO RESEPT

Beşamel souslu toyuq piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sousu, saxlayın, dəqiqə, yumurta, bişirin, əlavə, istiot, beşamel, çəkin, Xəmiri, muskat, Toyuq, üstündən, qoyub, sonra, kənarlarını, cevizi, bulyonu, qarışdırın, səpilmiş
BİZİ İZLƏYİN