• Toyuq çığırtması resepti

Reseptin məlumatları Baxış sayı: 17 769

Tarix : 11-08-2016, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
bitki yağı,
2 xörək qaşığı kərə yağı,
1 iri baş soğan,
1 kilo tikələrə bölünmüş toyuq əti,
duz,
istiot,
4 xırda doğranmış iri yetişmiş pomidor,
3 çalınmış yumurta,
zövqə görə doğranmış keşniş.

Hazırlanması:
Toyuq tikiləri soğanla qızardılmalı, sonradan toyuğa duz və istiot vurulmalı və üstünə doğranmış pomidor əlavə olunmalıdır. Beləliklə, tavanın qapağını örtün və yeməyi arada qarışdıraraq orta odda təxminən 25 dəqiqə ərzində toyuq əti yumuşalana qədər bişirin. Çalınmış yumurtaları toyuğun üzərinə tökün. Tavanın qapağını örtün və yeməyi yumurta bir az bərkiyənə kimi (təxminən 5-7 dəqiqə çəkir) bişirin. Bu müddət ərzində tavanı qarışdırmayın! Toyuq Çığırtmasını süfrəyə verməzdən əvvəl üstünə zövqə görə doğranmış keşniş səpin. Çörək və ya plovla yeyin.

Nuş olsun!
Etiketlər: doğranmış, Toyuq, üstünə, keşniş, zövqə, örtün, yeməyi, bişirin, ərzində, dəqiqə, təxminən, yumurta, qapağını, toyuq, pomidor, istiot, Tavanın, bərkiyənə, çəkir, tökün
BİZİ İZLƏYİN