• Zrazı resepti

Reseptin məlumatları Baxış sayı: 13 805

Tarix : 10-09-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kartof - 0,5 kq
Un - 1 x.q (kartofa qatmaq üçün) , 2 x.q urvalamaq üçün
Yumurta - 1 ədəd
Ət - 300 q
Baş soğan - 2 ədəd
Yağ - qızartmaq üçün
Duz, istiot - zövqə görə

Hazırlanması:
- kartof qabıqlı bişirilir, isti-isti soyulur və əzilir
- soyuyandan sonra buna un, yumurta, duz vurulub qarışdırılır
- çəkilmiş ət yağ - soğan ilə qızardırılır, duz - istiot vurulub qiymə hazırlanır
- kartof əzməsi pirojki şəklində açılır
- içinə qiymə qoyulub bağlanır
- unun içində urvalanıb yastılandıqdan sonra dağ olmuş yağda qızardılır.

Nuş olsun!
Etiketlər: istiot, kartof, sonra, qiymə, soğan, vurulub, açılır, içinə, şəklində, pirojki, hazırlanır, əzməsi, qoyulub, bağlanır, yağda, qızardılır, olmuş, yastılandıqdan, içində, urvalanıb
BİZİ İZLƏYİN