• Salatlı, sous və pürəli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 3 467

Tarix : 11-07-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
Sous üçün:
●3 x/qaşığı duru yağ
●1 x/qaşığı sumaq
●0.5 x/qaşığı zəncəfil
●1 çay qaşığı duz.
●1baş sarımsaq

Salat üçün:
●2 ədəd xiyar
●2 ədəd yerkökü
●1 ədəd orta boyda turp
●5,6 ədəd konsevr olunmuş zeytun
●göyərti(keşniş,şüyüt,göy soğan)
●mayonez
●duz

Kartov əzməsi üçün:
●3,4 ədəd orta boyda kartov
●şüyüt
●2 x/q kərə yağı
●duz

Hazırlanması:
Toyuğu doğrayıb yuxarıda sous üçün yazdıqlarımla qarışdırıb sobaya qoyuruq.200°də bişir.Toyuq bişməyində olsun biz də salatı hazırlayaq.xiyarı uzunsov formada doğrayırıq,yerkökünü və turpu sürtkəcdən keçiririk və göyərtini və zeytunu doğrayırıq,duz və mayonez vururuq.salat hazır.Qaynamış kartovu soyuruq,əzirik,yağ və duz vururuq, şüyütü xırda doğrayıb qatırıq.Budur yeməklərimiz hazır,siz də hazırlayıb nuş edin.

Nuş olsun!
Etiketlər: qaşığı, doğrayıb, hazır, doğrayırıq, vururuq, boyda, turpu, olsun, sürtkəcdən, keçiririk, salatı, yerkökünü, formada, göyərtini, xiyarı, hazırlayaq, uzunsov, mayonez, qatırıq, xırda
BİZİ İZLƏYİN