Tərkibi:toyuq əti,
qırmızı bibər,
yaşıl bibər
Basdırma üçün:
soğan,
toyuq əti üçün ədviyyat qarışımı,
keklik otu,
1 armudu st. zeytun yağı (tam dolu olmayan), duz
Qarnir:
təzə kartof,
pomidor
Hazırlanması:Əvvəlcə toyuq ətini dördkünc formada doğrayıb, basdırma edirik. Soyuducuda 3-4 saat saxlayırıq. Soba qabına yağlı kağız səririk. Toyuq ətini soğanlardan ayırıb, çöpə keçirdirik. 1 ət + bibər+ qırmızı bibər sırası ilə düzürük. 180-200 dərəcə istilikli sobada qızaranadək bişiririk. Kartof və pomidoru ayrı-ayrı tavalarda bişiririk. Birlikdə servis edirik.
Nuş olsun!
Etiketlər: bibər, toyuq, bişiririk, ətini, edirik, qırmızı, keçirdirik, sırası, düzürük, ayırıb, soğanlardan, kağız, səririk, Toyuq, dərəcə, istilikli, tavalarda, Birlikdə, servis, pomidoru