Tərkibi:500 q hazır yağlı xəmir
100 q kərə yağı
10 yumurta + 1 yumurtanın sarısı (çiy)
2 ağ bulka
200 ml süd
duz
istiot
xardal
cəfəri
Hazırlanması:Yumurtaları suda bişirin, soyudun, qabığını təmizləyin. Uzunasına ortadan bölün, sarısını ehtiyatla çıxarın.
Yumurta sarısını kasaya yığıb çəngəllə əzin. Bulkaları süddə isladın. Sonra sıxın. Yumurta sarılarına əlavə edib, çəngəllə əzə-əzə yaxşı qarışdırın, xırda doğranmış cəfəri əlavə edin.
Yumurta sarılarına yağ, duz, istiot, azacıq xardal əlavə edin. Yumurta sarısı boyda kürələr hazırlayın.
Bu kürələri 10 yumurta ağının ortasına yerləşdirin.
Qalan ağları bunların üstünə örtün (tam yumurta alınsın). Xəmiri yayın, 10 bərabər kvadrat kəsin. Bu kvadratların üzərinə çiy yumurta sarısı çəkin. Hər birinin ortasına içi doldurulmuş yumurta qoyun.
Kvadratların kənarını elə bağlayın ki, hər bir yumurta tamamilə xəmirlə örtülsün. Üzərinə çiy yumurta sarısı çəkib qaynar sobada 15-20 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: yumurta, sarısı, Yumurta, əlavə, sarısını, cəfəri, xardal, bişirin, çəngəllə, istiot, sarılarına, ortasına, bərabər, yayın, kvadratların, kvadrat, kəsin, örtün, Qalan, yerləşdirin