• Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 693

Tarix : 21-06-2014, 21:16

Bölmə : Toyuq yeməkləri / Foto reseptlər / Digər reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Pendirli biskvitlər üçün:

5 yumurta
3 xörək qaşığı mayonez
3 xörək qaşığı mannı və ya adi ağ un
400 qram sürtgəcdən keçirilmiş bərk pendir (məsəl üçün Çedar pendiri. Bir neçə pendirin qarışığı da ola bilər, amma aralarında mütləq sarı rəngdə bir pendir olsun)

İçi üçün:
1 kilo çəkilmiş toyuq filesi (çəkilmiş hind quşu əti ilə əvəz edə bilərsiniz)
6 xörək qaşığı yağ (duru və ya kərə)
2 ədəd orta boy baş soğan – xırda-xırda doğrayın
Zövqə görə duz
Zövqə görə istiot
Xırda-xırda doğranmış şüyüd – zövqə görə (zəruri deyil)

Hazırlanması:
Ölçüləri 33 x 28 sm olan 2 ədəd soba listinin dibinə perqament kağızı sərin.

Sobanı 180Cdək qızdırın.

Pendirli biskvitləri hazırlanması: Bunun üçün yumurtaları mikser və ya çəngəllə yaxşıca çalın. Mayonez, mannı və ya un, və pendiri əlavə edib qarışdırın.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


Alınan qarışığı iki hissəyə bölüb, hazırladığınız listlərə töküb yayın.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


Biskvitləri sobanın orta rəfində bir az qızaranadək bişirin. Sobadan çıxardıb, kənara qoyun ki, biskvitlər soyusun.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


İndi isə hər biskviti ortadan (uzunlamasına deyil) ikiyə kəsin. Beləliklə 4 biskvitiniz olacaq. Yavaşca biskvitləri perqament kağızından soyub çıxardın.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


İçin hazırlanması: Bunun üçün tavada yağı qızrıdıb, soğanı bu yağda qızardın. Kənara qoyub soyudun. Ət, duz, istiot və göyərtini buraya əlavə edib qarışdırın.

Sobanı 160Cdək qızdırın.

Folqa kağızını iri-iri kəsib listin üstünə elə sərin ki, listin dibini tamamilə örtsünlər və şəkildəki kimi, kənarları sobadan qırağa çıxsın.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


Biskvitlərdən birini listin ortasına yerləşdirib, için üçdə bir hissəsini üstünə yayın.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


İkinci biskviti bunun üstünə yerləşdirib, içdən yayın.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


Beləcə davam edin. Axırıncı biskvitlə piroqu örtün.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


Folqa kağızının kənarlarıyla piroqu şəkildəki kimi örtün. Piroqu 50 dəqiqə ərzində bişirin.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


Sobadan çıxardın.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


Piroq folqanın içində 10-15 dəqiqə dincəlsin. Sonra isə folqanı açıb, piroqu süfrəyə verin.
Toyuqlu qat-qat piroq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yayın, üstünə, listin, xörək, qaşığı, xırda, piroqu, qızdırın, biskvitləri, Sobanı, hazırlanması, perqament, istiot, deyil, Bunun, sərin, Sobadan, şəkildəki, yerləşdirib, örtün
BİZİ İZLƏYİN