• Küncütlü Hələb halvası resepti

Reseptin məlumatları Baxış sayı: 15 502

Tarix : 15-09-2014, 16:00

Bölmə : Digər reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
250 q kərə yağı
2 st. un
2 st. şəkər tozu
2 armudu st. küncüt
1 yumurtanın ağı
1/2 qəhvə fincanı şəkər pudrası

Hazırlanması:
Kərə yağını tavada əridin. Ələnmiş unu əlavə edin, iti odda un qızılı rəng alanadək taxta qaşıqla qarışdıraraq qovurun. Şəkər tozu əlavə edin, əriyənədək qarışdırın. Ocağın altını söndürün, 5 dəqiqə qapağını açmayın, dəmlənsin.

Küncütü bir kasaya tökün. Yumurta ağı ilə şəkər pudrasını əlavə edib qatılaşanacan qarışdırın. Yağlanmış sininin içinə yayın. Halvanı üzərinə boşaldıb əlinizlə üstdən basaraq hamarlayın. Üstünü folqa ilə örtün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Sobadan çıxarandan sonra bir qədər soyudun. Sonra bir buluda tərsinə çevirin, doğrayın.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, dəqiqə, qarışdırın, üstdən, basaraq, folqa, hamarlayın, Üstünü, boşaldıb, içinə, sininin, Yağlanmış, yayın, Halvanı, örtün, üzərinə, əlinizlə, dərəcə, buluda
BİZİ İZLƏYİN