• Sent - O'nore şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 11 422

Tarix : 18-12-2016, 17:00

Bölmə : Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Qat-qat xəmiri - 250 - 300 q
Kərə yağı - 100 q
Su - 220 ml
Un - 200 q
Süd - 250 ml
Yumurta - 6 ədəd
Duz
Karamel sousu

Krem üçün:
Kərə yağı - 100q
Süd - 400ml
Yumurta sarısı - 5 ədəd
Şəkər tozu - 100 q
Un - 2 x/q
Kartof nişastası - 1 x/q

Hazırlanması:
Qat-qat xəmiri 3 mm qalınlığında yayırıq. Alınan xəmirdən, stəkan vasitəsi ilə 5sm diametrində dairələr formalaşdırın. Hazırladığınız dairələri soyuducuya yerləşdirin və 30 dəqiqə ərzində saxlayın. Su, süd və kərə yağını bir qazana boşaldıb, dayanmadan qarışdıraraq, qaynadın. Qaynayan qarışıma un və duzu əlavə edib, orta hərarətdə 15 dəqiqə ərzində bişirməyə davam edin. Bu zaman yumurtaları bir - bir əlavə edərək, qarışımı qarışdırın. Alınan xəmiri şpris vasitəsi ilə, qat-qat xəmirdən hazırladığımız dairələrin üzərinə naxışlayırıq.
Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada naxışlı dairələri 20-25 dəqiqə ərzində bişirin. Bu zaman ərzində kremi hazırlayaq. Südü qaynadın. Şəkər tozu və yumurtanın sarısını bir qaba yerləşdirib, 3-4 dəqiqə ərzində yaxşıca çalın. Daha sonra bu qarışıma un və nişastanı əlavə edib, yaxşıca qarışdırın. Dayanmadan qarışdıraraq, südü qarışıma əlavə edin. Alınan kremi, bir qazana boşaldıb, orta hərarətdə, dayanmadan qarışdıraraq, 4-7 dəqiqə ərzində bişirin. Alınan krem soyuyandan sonra, kərə yağını əlavə edib, qarışımı yaxşıca çalın. Hazır olan dairələrimizin mərkəzinə, alınan kremi şpris vasitəsi ilə naxışlayın. Sonda karamel sousunu desertin üzərinə tökərək, bərkiməsini gözləyin. Karamel sousu bərkiyəndən sonra, deserti zövqünüzə görə, hər növ dondurma ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: ərzində, əlavə, dəqiqə, Alınan, qarışdıraraq, kremi, vasitəsi, qarışıma, yaxşıca, xəmiri, sonra, yağını, qazana, boşaldıb, qaynadın, dayanmadan, çalın, üzərinə, bişirin, şpris
BİZİ İZLƏYİN