• Julyenli tartaletlər resepti

Reseptin məlumatları Baxış sayı: 12 520

Tarix : 22-03-2017, 12:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
Un 1 stəkan
Kərə yağı 100 q
Duz 1 ç.q
Yumurta sarısı 1 ədəd

İçlik:
Soğan 1 baş
Şampinyon 300 q
Toyuq filesi 200 q
Zeytun yağı 2 x.q
Duz 1/2 ç.q
İstiot 1/2 ç.q

Beşamel sousu üçün:
Kərə yağı 50 q
Un 1 x.q
Süd 1.5 stəkan
Hind cövüzü tozu 1/2 ç.q
Holland pendiri 150 q

Hazırlanması:
Otaq temperaturunda olan yağı qabda çəngəllə əzin və unu və duzu əlavə edib iri qırıntı halına qədər qarışdırın. Yumurtanın sarısını əlavə edib xəmir yoğurun. Çalışın ki çox yoğurmayasınız, xəmiri sadəcə bütov şar formasına salmaq kifayyətdir. Xəniri sellofan paketə qoyub 1-2 saat soyuducuda saxlayın. Vaxtınız azdırsa 30 dəq. buz dolabında saxlamaq da kifayyətdir.

2. Julyen üçün siğanı soyun və xırda doğrayın. Zeytun yağını tavada isidib soğanı qovurun. Şampinyonların qabığını soyun, yuyun və doğrayın. Qızılı rənq alan soğanın üzərinə göbələkləri əlavə edin. 5-10 dəq.ərzində qapağı bağlı şəkildə orta odda bişirin. Toyuq filesini 1x1 ölçülü kub şəkilində doğrayın və tərəvəzlərin üzərinə əlavə edib qarışdırın. Daha 15 dəq bişirin. Zövgünüzə duz və istiot vurun.

3. Beşamel sousu üçün kərə yağını dərin qazançada əridin və üzərinə unu əlavə edib qovurun. Qızılı rəngə çalan məhlula ilıq südü əlavə edib qarışdırın. Məhlul qatılaşanadək qarışdırın. Hazır sousa hind cövüzü tozu əlavə edin və az əvvəl hazırladığınız göbələkli toyuqla qarışdırın.

4. Sobanı 190 C dərəcəsində isidin. Xəmiri soyuducudan çıxarın və kündələrə bölün İşləyəcəyiniz səthin üzərini unlayın. Kündəni unlayıb 0.5 qalınlığında yayın. Tartalet formalarınızın ölçüsünə uyğun xəmirdən yumru hissələr kəsin. Formaları azca yağlayıb unlayın. Xəmiri formaya yerləşdirin və astaca üstündən basın və çəngəllə deşiklər açın.

Tartaleyləri 10 dəq ərzində qızılı rənq alana kimi sobada bişitin. Hazır tartaletləri soyudun.

5. Soyumuş tartaletlərin içini julyenlə doldurub üzərinə rəndələnmiş holland pendiri səpib daha 5 dəqiqə pendir əriyənə kimi sobada saxlayın.

Hazır qəlyanaltının üzərini göyərti ilə bəzəyib çasaya verin

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, üzərinə, Hazır, doğrayın, soyun, bişirin, çəngəllə, kifayyətdir, stəkan, üzərini, unlayın, sobada, ərzində, qovurun, Qızılı, Xəmiri, saxlayın, Beşamel, Zeytun
BİZİ İZLƏYİN