• Jülyen resepti

Reseptin məlumatları Baxış sayı: 7 070

Tarix : 25-04-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
500 qr toyuğun döş əti
400 qr şampinyon
2 ədəd ortaölçülü soğan
150 qr xama və ya qaymaq
200 qr rəndələnmiş holland pendiri
Duz, istiot

Hazırlanması:
Toyuğun sinə ətini yaxşıca yuyub doğrayırıq.Kərə yağında öncə soğanı sonra toyuqla birlikde qovururuq. şampinyonu incə doğrayırıq. Daha sonra şampinyonu da əlavə edib bişiririk. Duz, istiot səpirik.

Jülyeni hazırlamaq üçün qaymaq və un qarışımı və ya beşamel sousu istifadə etmək olar. Biz (bacımla birlikde) kalorisi az olsun deyə, sadəcə qaymaq+1xq xama istifadə etdik.xamanı ve qaymağı toyuq tam bişdikden sonra elave edirik ve qatılaşdıqda qazdan götürürük. Jülyeni hazırlamaq üçün soba qabını seçə bilərsiniz. Hətta qonaqlarınızın sayına görə də piti hazırlanan kiçik qablardan istifadə edə bilərsiniz. Əvvəl qaba jülyeni sonra , üzərinə holland pendiri səpirik. Sobada pendir əriyənədək bişiririk.
Jülyen isti qəlyanaltı sayılır və süfrəyə yeməkdən öncə isti halda verilir.
P.S Size teze çıxmış xırda kartoflardan alıb üzerini sadece yağlamaqla sobada bişirib jülyenle servis etmeyinizi meslehet görürem çooox dadlı olur ,hem de bişirmeyi asandı.

Nuş olsun!
Etiketlər: sayın, sonra, istifadə, qaymaq, birlikde, bilərsiniz, şampinyonu, bişiririk, doğrayırıq, səpirik, hazırlamaq, Jülyeni, holland, istiot, pendiri, qəlyanaltı, Jülyen, əriyənədək, sayılır, süfrəyə, halda
BİZİ İZLƏYİN