Tərkibi:100 ml portağal şirəsi
100 ml su
20 q jelatin
5-6 x.q. limon şirəsi
1,5-2 st. şəkər tozu
1 x.q. apelsin sedrası
1 x.q. limon sedrası
Hazırlanması:Jelatini qaba qoyun, portağal şirəsini üstünə tökün.
Şəkər tozunu tayqulpa tökün, su, sitrus sedrası əlavə edib vam odun üzərində 3 dəqiqə, şəkər tozu tam əriyənədək saxlayın. Ocaqdan götürən kimi jelatini əlavə edib, tam əriyənədək qarışdırın. İçində lopa qalmasın deyə çaysüzəndən süzün.
Qida folqası (yaxud plyonka) döşənmiş kvadrat siniyə 2 sm qalınlıqda tökün. 6-8 saat soyuducuda saxlayın.
Perqamentin üstünə şəkər tozu səpin, soyuducudan çıxardığınız marmeladı bunun üzərinə çevirin. Folqanı açın, marmeladı doğrayın, hərtərəfli şəkər tozuna batırın. Hazırdır.
Nuş olsun!
Etiketlər: şəkər, sedrası, tökün, saxlayın, üstünə, əriyənədək, əlavə, portağal, marmeladı, limon, şirəsi, soyuducudan, Perqamentin, səpin, siniyə, plyonka, döşənmiş, kvadrat, qalınlıqda, soyuducuda