• Albalı jelesi resepti

Reseptin məlumatları Baxış sayı: 16 214

Tarix : 14-06-2014, 20:51

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Albalı 100qr.
Gilənar 150 qr.
Jelatin 25 qr.
Su 1100 ml.
Şəkər zövqə görə

Hazırlanması:
Meyvələr yuyulur,çəyirdəyi çıxarılır
Qaba yığılıb üzərinə 1000ml(5 st.)su əlavə edilib zəif odda bişməyə qoyulur,qaynamağa başlayandan sonra daha 10 dəq. bişirilir.
Ayrı bir qabda jelatin 100 ml. suya tökərək isladılır.
Meyvələr çıxarılır.Şəkər qatılır. Kompot kimi də istifadə edə bilərsiniz.
Hazır kompota isladılmış jelatini əlavə edib yaxşıca qarışdırırıq ki,içində yumru qalıqlar qalmasın.
Otaq temperaturunda bir qədər soyuduqdan sonra əvvəlcədən soyuducuda soyutduğumuz formalara töküb dondururuq.(buzluqda olmamaq şərtilə).
Jeleni formada və ya boşqaba qoyub meyvələrlə bəzəməklə süfrəyə vermək olar.
Əgər jelə formadan çıxmırsa formanı 1 dəq.müddətə çox qaynar suya qoyub sonra boşqaba çevirmək olar,bu zaman bıçağın uc hissəsi ilə jeleni formanın kınarlarından aralayın.
Bu deserti həm özünüz yeyə,həm də 1 yaşına çatmış uşaqlarınıza könül rahatlığı ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, qoyub, çıxarılır, boşqaba, əlavə, Meyvələr, bilərsiniz, Şəkər, vermək, formadan, süfrəyə, formada, meyvələrlə, bəzəməklə, şərtilə, formalara, soyutduğumuz, soyuducuda, töküb, dondururuq
BİZİ İZLƏYİN