Tərkibi:Süd - 1 litr
Duz - 1 x.q.
Xama - 200 qr.
Yumurta - 3 ədəd
Hazırlanması:Süd qaynadılır, duzlanır. Xama ilə yumurtalar birgə çalınır. Süd qaynara düşən kimi, xamalı kütlə qatılıb, müntəzəm qarışdırılır. 5 dəqiqə sonra bərk kütlə üzə çıxıb suyundan ayrılan kimi qazan oddan götürülür, tənzifdən süzülür. Tam süzüldükdən sonra kütləyə forma verilib, tənzif arasında soyuducuya qoyulur. 1-2 saatdan sonra pendir hazırdır.
Nuş olsun!
Etiketlər: sonra, kütlə, kütləyə, forma, süzüldükdən, süzülür, tənzifdən, oddan, götürülür, verilib, saatdan, pendir, hazırdır, qoyulur, soyuducuya, tənzif, arasında, qazan, suyundan, çalınır