• Ananaslı şarlotka resepti

Reseptin məlumatları Baxış sayı: 13 128

Tarix : 15-02-2016, 13:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. un
1 st. şəkər tozu
2 alma
1 banka ananas konservi
3 yumurta

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Yumurtanın ağını tədricən 0,5 st. şəkər tozu əlavə etməklə möhkəm çalın. Yumurta sarısını 0,5 st. şəkər tozu ilə çalıb çalınmış yumurta ağı ilə qarışdırın. Ələnmiş unu əlavə edin. Əgər xama qatılığındadırsa, xəmir hazırdır.

Sinini yağlayın, alma və ananas dilimlərini düzün. Meyvələrin üstünə xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə, üstü qızaranadək bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, Yumurtanın, ağını, əlavə, ananas, xəmiri, tökün, dərəcə, Sinini, yağlayın, dilimlərini, qızdırılmış, üstünə, düzün, Meyvələrin, qızaranadək, kibrit, yoxlayın, olsun
BİZİ İZLƏYİN