• Zirincli toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 236

Tarix : 28-11-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : legoutdesev


Tərkibi:
toyuq filesi
qoz və badam ləpəsi
yerkökü
qırmızı bibər
yaşıl bibər
pomidor
xiyar
zirinc
duz,istiot
mayonez

Hazırlanması:
Əvvəlcə toyuq filesini və yerkökünü fərqli qablarda suda qaynadın. Bu müddət ərzində pomidorun kənar, bərk hissələrini( içinin sulu tərəfini doğrasanız su salacaq) uzunsov doğrayın. Ardınca xiyarı və bibərləri uzun formada doğrayın. Qoz və badamı isə sürtkəcdən keçirməyə çalışın, əgər dişədəyən olmasını istəyirsinizsə xırda formada doğrayın. Sonra bişmiş toyuq ətini əlinizlə uzun formada didin. Yerkökünü də eyni qaydada doğrayın. Zirinc əlavə edin. Duz-istiot vurmağı unutmayın. Sonda mayonez əlavə edib, yaxşıca qarışdırın.

Nuş olsun!
Etiketlər: doğrayın, formada, toyuq, əlavə, bibər, istiot, mayonez, dişədəyən, istəyirsinizsə, xırda, olmasını, sürtkəcdən, bibərləri, badamı, Sonra, keçirməyə, çalışın, əlinizlə, unutmayın, vurmağı
BİZİ İZLƏYİN