Tərkibi:250-300 qr qaragöz lobya,
qırmızı bolqar bibəri,
yaşıl bolqar bibəri,
1 ədəd duzlu xiyar,
təzə soğan (göyərti),
cəfəri,
2 x.q. zeytun yağı,
1 x.q. limon suyu,
sumağ,duz
Hazırlanması:Əvvəlcə lobyanı isladırıq. Daha sonra suda bişiririk. Bişdikdən sonra soyuması üçün kənara qoyuruq. Bu müddət ərzində bibər, xiyar və göyərtiləri zövqə görə istənilən ölçüdə doğrayırıq. Üzərinə soyumuş lobyanı əlavə edirik. Ardınca limon suyu, zeytun yağı və sumaq töküb, yaxşıca qarışdırırıq.
Nuş olsun!
Etiketlər: limon, lobyanı, sonra, xiyar, zeytun, bolqar, bibəri, doğrayırıq, qarışdırırıq, ölçüdə, zövqə, bibər, göyərtiləri, yaxşıca, istənilən, soyumuş, Ardınca, sumaq, edirik, əlavə