• Dunay salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 476

Tarix : 23-03-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 kq şirin bibər
2 kq göy pomidor
2 kq yerkökü
800 q soğan
200 q duz
700 ml 6%-li sirkə
600 ml bitki yağı
ədviyyat
(göstərilən çəki təmizlənib hazırlanmış tərəvəzin çəkisidir)

Hazırlanması:
Pomidorların saplağını qoparın, soyuq axar suda yuyun, 6-8 yerə bölün.

Bibərin toxumunu və saplağını artlayın, yuyun, kubik, yaxud saman kimi doğrayın.

Doğranmış yerkökünü qaynayan suda 10-12 dəqiqə saxlayıb axar suyun altında soyudun.

Soğanı təmizləyib halqa doğrayın.

Doğradığınız tərəvəzi - pomidor, bibər, yerkökü, soğan - duzla qarışdırıb 15-20 dəqiqə saxlayın. Sonra ayrılan şirəsini süzün. Tərəvəzi emallı ləyənə qoyub bitki yağı və sirkə əlavə edin, qarışdırın.

Təmiz bankaların hərəsinin dibinə 2 dənəvər ağ istiot, 3 mixək, 1 dəfnə yarpağı qoyun, salatı içinə doldurun, ağzına qapaq qoyun, sterilizə edib qapaqlarını bağlayın.

0,5-litrlik bankaları 30, 1-litrlik bankaları isə 35 dəqiqə sterilizə etmək lazımdır.

Nuş olsun!
Etiketlər: dəqiqə, bankaları, yuyun, litrlik, saplağını, sterilizə, qoyun, bitki, bibər, doğrayın, pomidor, yerkökü, sirkə, soğan, Təmiz, qarışdırın, hərəsinin, dibinə, bankaların, emallı
BİZİ İZLƏYİN