• Ağ lobya salatı resepti

Reseptin məlumatları Baxış sayı: 36 144

Tarix : 25-06-2014, 01:37

Bölmə : Salatlar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 1/2 stəkan quru ağ lobya – gecədən suda isladılmış
1 ədəd orta boy soğan – yarıya bölünüb, uzunsov doğranmış
1 stəkan xırda-xırda doğranmış cəfəri
1 ədəd orta boy yaşıl bolqar bibəri – xırda-xırda doğranmış
2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış
1/4 stəkan zeytun yağı
Zövqə görə sıxılmış limon suyu və ya sirkə
Zövqə görə duz
Zövqə görə istiot
1 ədəd bərk bişmiş yumurta – 4 dilimə bölünmüş
Bir neçə ədəd qara zeytun
Sumax və yaxud şirin qırmızı bibər tozu

Hazırlanması:
Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun.
Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın.
Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin.
Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bünün ərzaqları lobyaya əlavə edib qarışdırın.
Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin.
Yumurtanın üstünə azca ya sumax, ya da bibər tozu səpin.
Qeyd: Tərəvəz, göyərti, zeytun yağı, limon və ya sirkənin miqdarını zövqə görə azaltıb çoxalda bilərsiniz.

Nuş olsun!
Etiketlər: xırda, zeytun, doğranmış, Zövqə, bibər, stəkan, sumax, əlavə, limon, yumurta, lobyaya, Soğanı, bünün, başqa, tozundan, ərzaqları, qarışdırın, servis, Salatı, lobya
BİZİ İZLƏYİN