• Çiyələklə biskvitli rulet resepti

Reseptin məlumatları Baxış sayı: 3 236

Tarix : 4-05-2021, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 stəkan un
- yarım stəkan şəkər tozu
- 6 yumurta

Krem üçün:
- 300 qr yağlı xama
- 200 qr çiyələk
- 1 stəkandan az pudra

Hazırlanması:
Yumurtanın ağlarını sarılardan ayırın (yumurta təzə və soyuq olmalıdır). Ağları mikserlə yaxşı çalın.
Hissə-hissə un və şəkər tozu əlavə edin, çalın.
Sonda yumurta sarısını əlavə, çalın. Xəmir qatı xama kimi alınmalıdır.
Sobanı 190 C qədər qızdırın, tavaya perqament kağızını sərin, kağıza kərə yağı çəkin, xəmir tökün, üzərinə 2-ci kağız sərin, 25 dəqiqə bişirin.
Xamanı pudra ilə yaxşı qarışdırın, çiyələyi nazik doğrayın.
Hazır korj olan tavanı yaş dəsmalın üzərinə qoyun, digər yaş dəsmalı tavanın üzərinə sərin, soyumasını gözləyin.
Korja krem çəkin, üzərinə çiyələk düzün, rulet şəklində bükün.

Nuş olsun!
BİZİ İZLƏYİN