• Çiyələkli dondurma resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 160

Tarix : 18-01-2016, 23:00

Bölmə : Dondurmalar / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
3 stəkan təzə çiyələk (orqanik olsa daha yaxşı olar)
1 stəkan şəkər tozu
2 stəkan soyuq yağlı qaymaq
2 stəkan soyuq yağlı süd

Hazırlanması:
1. Çiyələkləri yuyun və təmizləyin. Çiyələkdən 2 stəkan götürüb blenderdə püre halına salın.
2. Qalan çiyələkləri isə xırda-xrda doğrayın. (Əgər çiyələklər çox yetişibsə və yumşaqdırsa siz sadəcə onların hamısını ya çəngəllə, ya da kartof əzənlə əzib həm şirə, həm də kiçik yumşaq parçalar əldə edə bilərsiniz.)
3. İri dərin qabda çiyələk püresini şəkərlə qarışdırıb əllə çalın. Suyu ilə birlikdə doğranmış çiyələkləri, yağlı qaymağı və südü əlavə edin. Qarışdırın.
4. Qarışığı dondurma düzəldən maşının qabına töküb istehsalçının verdiyi təlimata görə hərəkət edin.
Əgər dondurma maşınınız yoxdursa qarışığı qapaqlı möhkəm qaba töküb soyuducunun buzxanasına qoyun.
5. Bir saatdan sonra buzxanadan çıxarıb bir neçə dəqiqə yumurtaçalanla, yaxud elektrik əl mikseri ilə kənarlarındakı buzu qırmaqla çalın. Qapağını örtüb yenidən buzxanaya qoyun. Bunu 2-3 dəfə təkrar edin və dondurmanı tamamilə donmaq üçün buzxanada saxlayın. Bu proses krem teksturalı dondurma əldə etməyə imkan verəcək.

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: stəkan, dondurma, yağlı, qoyun, soyuq, çiyələk, töküb, çalın, çiyələkləri, soyuducunun, qapaqlı, buzxanasına, möhkəm, buzxanadan, qarışığı, saatdan, sonra, hərəkət, istehsalçının, Qarışığı
BİZİ İZLƏYİN