• Çiyələkli dondurma resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25 301

Tarix : 13-07-2015, 12:00

Bölmə : Meyvəli şirniyyatlar / Dondurmalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Çiyələk: 800 qram
Şəkər tozu: 200 qram
Yağlı qatıq: 0,5 litr
Qaymaq: istəyə görə

Hazırlanması:
Çiyələkli dondurma hazırlamaq üçün əvvəlcə çiyələklər hazırlanır. Çiyələk əvvəlcə təmizlənir, yuyulur, saplağından, yarpaqlarından və üzərində xarab hissələr varsa ayırtlanır, yuyulur.
Yuyulub təmizlənmiş çiyələklər bir qaba qoyulur. Bundan sonra çiyələklər blender vasitəsi ilə püre halına gətirilir.
Çiyələk püresinə şəkər tozu əlavə edilir və qarışdırılır. Burada çiyələyə əlavə ediləcək olan şəkər tozunun miqdarını zövqünüzə görə dəyişdirmək mümkündür. Yəni turş xoşlayırsınızsa çiyələyi çox götürün, şirin xoşlayırsınızsa şəkər tozunun miqdarını artırın.
Soyuducuda gözlətdiyimiz bir qaba 0,5 litr soyuq qatıq əlavə edirik. Bu zaman dondurmamızın dadını qatığın turşluq dərəcəsi də müəyyən edir. Belə ki, qatıq çox turş olduğu təqdirdə şəkər tozunun miqdarını artırmaq lazım gəlir.
Qatıq olan qaba çiyələk püresini mətbəx süzgəcindən keçirdərək əlavə edirik. Bunun üçün qaşıqdan istifadə etmək lazımdır. Bu zaman həm çiyələyin əzilməyən hissələri də əzilir, çiyidlər və s. də qatığa qarışmamış olur.
İndi isə çiyələk püresi ilə qatığı birlikdə blender vasitəsi ilə yaxşıca qarışdırmaq lazımdır. Bu zaman qarışığın içərisinə həm hava qabarcıqları toplanır, həm də rəngi dəyişir.
Dondurma əslində yağlı qatıqla daha ləzzətli olur. Çiyələkli dondurma ləzzətini artırmaq üçün dondurmaya qarışdırma əsnasında qaymaq da əlavə etmək olar.
Bundan sonra yaxşıca qarışdırdığımız çiyələkli dondurma qarışığı qəlibə əlavə edilir, qarışdırılır və soyuducuya qoyulur.
Ancaq ən yaxşısı ev şəraiti üçün dondurma maşınından istifadə etməkdir. Bu zaman daha yaxşı effekt əldə etmək olar.

Qeyd: dondurma hazırlayarkən istifadə olunan atıq nə qədər yağlı olarsa, çiyələkli dondurma o nisbətdə yumşaq olar və içərisində buz qristalları da az olar.

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT

Çiyələkli dondurma resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışmamış, dondurma, əlavə, şəkər, zaman, istifadə, Çiyələk, miqdarını, tozunun, etmək, çiyələklər, qatıq, yağlı, qoyulur, blender, edilir, çiyələkli, qarışdırılır, vasitəsi, sonra, yaxşıca
BİZİ İZLƏYİN