• Dəniz duzu ilə karamelli dondurma resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 547

Tarix : 24-07-2016, 22:00

Bölmə : Dondurmalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
100 ml 33-35%-li qaymaq
5 yumurtanın sarısı
100 q şokolad damlaları (yaxud xırdalanmış şokolad)
1 ç.q. vanil cövhəri (yaxud 1 paket vanilli şəkər)
0,5 ç.q. iri dəniz duzu
700 ml süd
200 q şəkər tozu
50 q kərə yağı

Hazırlanması:
Şəkər tozunun yarısını qazançaya tökün, ocağın üstünə qoyun. Qarışdırmadan tünd karamel halına gələnədək qızdırın, ocaqdan götürün.
Duz və yağ əlavə edib yaxşıca qarışdırın, qaymağı, südü və vanil cövhərini əlavə edin. Ocağın üzərinə qaytarın, eynicinsli kütlə alınanadək qarışdırın, ocaqdan götürün.
Yumurta sarılarını şəkər tozunun yerdə qalanı ilə çalın, çalmağı dayandırmadan qaynar karamelin bir hissəsini əlavə edin, sonra digər hissəsini də əlavə edin, daim qarışdıraraq qatılaşınca bişirin.
Alınan kütləni ələkdən keçirin, üzərinə qida plyonkası çəkin, soyuducuda bir neçə saat (ən yaxşısı - 1 gecə) saxlayın.
Sabahı gün dondurucuya qoyun, 1 saatdan bir çıxarıb qarışdırın. Sonuncu dəfə şokolad damlalarını əlavə edin. Dondurucuda ümumi qalma müddəti 5 saatdır.

Dəniz duzu ilə karamelli dondurma resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, şokolad, qarışdırın, tozunun, ocaqdan, götürün, hissəsini, üzərinə, qoyun, yaxud, vanil, qatılaşınca, bişirin, Alınan, ümumi, qarışdıraraq, qalma, digər, dayandırmadan
BİZİ İZLƏYİN