• Vişnəli keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 452

Tarix : 18-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
1yumurta
1 st şəkər
yarım st zeytun yağı
1 paket qaymaq 20% (slivki)= 1 stakandan 2 barmaq az
1 st un
2 ç.q. qabartma tozu
1 paket vanil
1 cimdik duz
tumu çıxarılmış vişnə ya morux

Hazırlanması:
1. Yumurtanı şəkərlə mətbəx teliylə ağaranadək möhkəm çalın. İstəsəz mikserlə çala bilərsiz, amma onsuz da keçinmək olar.
2. Qaymaq, yağı və vanili tökün, qarışdırın.
3. Unu, qabartma tozunu və duzu ələyin yumurtalı məhlulun üstünə, qarışdırın. Orta qatılıxda xəmir olur. Geniş və divarı alçax qaba tökün(əvvəldən yağlanmış, unlanmış), üstdən bol-bol vişnələri düzün və barmağınızla biraz basın xəmirin içinə.
Əvvəldən 190t isidilmiş sobada 35-40 dəq bişirin.

Nuş olsun!
Etiketlər: qabartma, tökün, paket, qarışdırın, xəmir, Geniş, alçax, əvvəldən, divarı, üstünə, ələyin, tozunu, yumurtalı, məhlulun, yağlanmış, qatılıxda, üstdən, Əvvəldən, içinə, isidilmiş
BİZİ İZLƏYİN