Bu maraqlı təam Ukrayna mətbəxinə aiddir.
RyajenkaTərkibi:1 l süd
200 q xama
Hazırlanması:Südü qalın divarlı emalla qazanda, yaxud saxsı qabda vam odda, qarışdıraraq qaynadın. Krem rəngi alanda ocaqdan götürüb soyudun. Xamanı əlavə edib qarışdırın. 2-3 saat qatılaşmasını gözləyin.
Ovma piroqTərkibi:
Xəmir:200 q un
150 q kərə yağı
1 çimdik duz
Üstünə:200 q cem, yaxud meyvə
2 x.q. portağal sukatı
Hazırlanması:Ərzaqlardan xəmir yoğurun. Yarısını sininin içinə yayın. Üzərinə cem, yaxud mövsümi meyvələrdən düzün, doğranmış portağal sukatları səpin.
Xəmirin qalanının sürtgəcin iri gözündən keçirərək piroqun üstünə səpin.
200 dərəcə C qızdırılmış sobada 30 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: yaxud, Hazırlanması, səpin, portağal, Tərkibi, Üzərinə, mövsümi, düzün, doğranmış, meyvələrdən, sininin, xəmir, Ərzaqlardan, yoğurun, Yarısını, içinə, sukatları, yayın, qalanının, sobada