Tərkibi:•4 yumurta
•1.5 stəkan şəkər tozu
•Yarım stəkan duru yağ
•1 stəkan süd
•4 stəkan un
•1 qabartma
•1 vanil
Hazırlanması:İndi isə hazırlayaq. Yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalın. Yağ, süd, vanil, qabartma tozunu əlavə edib yenə çalın. Ən sonda unu əlavə edib qaşıqla yavaş yavaş qarışdırın. Un həll olduqdan sonra cupcake qablarına töküb öncədən isidilmiş 180° sobada bişirin.
Kiçik qablarda edərsəniz 25'ə yaxın cupcake çıxa bilər.
Krem şanti və qida boyasından istifadə edərək üzərinə istənilən bəzəyi verə bilərsiz.
Nuş olsun!
Etiketlər: stəkan, çalın, əlavə, yavaş, tozunu, cupcake, qabartma, vanil, şəkər, yaxın, bilər, edərsəniz, qablarda, bişirin, Kiçik, şanti, istifadə, bəzəyi, bilərsiz, istənilən