• Sadə biskvit resepti

Reseptin məlumatları Baxış sayı: 670 461

Tarix : 9-10-2015, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
1 stəkan şəkər,
1 stəkan un,
4 yumurta,
Vanil,

Hazırlanması:
Yumurtanın ağını sarısından ayrın.
Mikserin ən aşağı sürəti ilə ağları çırpıb ,yavaş –yavaş,qaşıq-qaşıq şəkər əlavə edərək çırpın və vanil qatın.
Bu qarışıq kifayət qədər ağ rəngli və qatı olduqdan sonra sarıları əlavə etməyə başlayın. Bundan sonra mikserin sürətini artıraraq çırpın.
Sonra kiçik kütlələrlə unu əlavə edib qaşıqla aşağıdan yuxarı istiqamətdə qarışdırın.
Un qatılandan sonra xəmirə mikser salmaq olmaz!
Hazırlanmış xəmiri yağlanmış qaba töküb 200 dərəcəyədək qızdırılmış sobaya qoyun.
20-25 dəqiqə müddətinə bişirin.
Biskvitin bişirilməsinin əsas qaydası- bişmə zamanı sobanın qapağını açmaq olmaz!
Yoxsa biskvit nazik olacaq.
Bişdikdən sonra soyudub qabdan ayırın. Qaydalara tam riayət etsəniz ideal biskvit əldə edəcəksiniz.
Yumurtanin sarisini ayrica pesokla birlikdə mikserlə agaranacan çalib qatilasmis yumurta agina əlavə edəndə daha effektli olur.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, biskvit, qaşıq, çırpın, olmaz, yumurta, stəkan, şəkər, zamanı, bişmə, Yoxsa, olacaq, nazik, qapağını, sobanın, bişirin, qızdırılmış, dərəcəyədək
BİZİ İZLƏYİN