• Tiramisu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 151

Tarix : 14-09-2015, 23:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1 paket qadın barmağı peçenyası
1 stəkan su
3 ədəd yumurta
3,5 stəkan süd
1 stəkan şəkər tozu
3 y/q un
200 qr mascarpone pendiri
vanil
kakao
2 x/q kofe

Hazırlanması:
1. Yumurta, süd, un, şəkər tozu qazana tökülür. Çırpma teli ilə yaxşı qarışdırılıb qaza qoyulur.

2. Oda qoyduqda dayanmadan yavaş-yavaş çırpma teli ilə qarışdırılır. 3 dəqiqə qaynadıqdan sonra oddan götürülür.

3. Alınmış kütlə tam soyudulur.

4. Soyuduqdan sonra üzərinə mascarpone pendiri və vanil əlavə edilib mikserle qarışdırılır.

5. Boşqab götürülür. İçinə kofe və su əlavə edilib qarışdırılır.

6. Şüşə qab götürülür. Peçenya dağılmasın deyə tez bir zamanda kofeli suya batırılıb qaba düzülür.

7. Hazırlanmış krem peçenyaların üzərinə əlavə edilib yayılır.

8. Kremin üzərinə yenidən kofeli suya batırılmış peçenyalar düzülür və yenidən üstdən krem əlavə edilir.

9. Sonda, krem vurulduqda şüşə qabın üstü sellofanla bağlanılır və 1 gün soyuducuda saxlanılır.

10. Soyuducudan götürüldükdə üzərinə kakao səpilir.

11. Süfrəyə soyuq şəkildə verilir.

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, stəkan, götürülür, qarışdırılır, edilib, yenidən, pendiri, vanil, kakao, mascarpone, sonra, yavaş, şəkər, kofeli, düzülür, Kremin, dağılmasın, Peçenya, yayılır
BİZİ İZLƏYİN