• Pendirli alma piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 14 977

Tarix : 27-01-2016, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
200 q un
100 q kərə yağı
1 yumurtanın sarısı
1-2 x.q. qaymaq (süd)
bir neçə qaşıq su (lazım gələrsə)
1 çimdik duz
1 çimdik şəkər tozu

iç:

1 iri yaşıl alma
200 q pendir (emental tipli)
200 q yağsız kəsmik, yaxud rikotta
0,5 st. yağsız qaymaq
3 yumurta
1 ç.q. Provans otları
kəkotu

Hazırlanması:
Un və kərə yağını ovun, yumurta sarısı, süd (qaymaq), lazım gələrsə su əlavə edib xəmir yoğurun. Kündə tutub soyuducuda 1 saat saxlayın.
Pendiri sürtgəcdən keçirin, almanı təmizləyib nazik lay-lay doğrayın. Kəsmiyi ələkdən keçirin, qaymaq və yumurta əlavə edib yaxşıca qarışdırın (blenderdə də olar). Ədviyyatla duz-istiotu vurun.

Xəmiri nazik yayın. 22 sm diametrli formaya döşəyin. Üzərinə perqament çəkin, quru lobya töküb 220 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin.
Bu müddətdən sonra lobyanı götürün.
Alma dilimlərini formadakı korjun üstünə düzün, kəsmikli kütləyə pendiri əlavə edib qarışdırın, almaların üstünə düzün. 200 dərəcə qızdırılmış sobada 35-40 dərəcə, qızılı rəng alanadək bişirin.

Nuş olsun!
Etiketlər: qaymaq, əlavə, yumurta, dərəcə, düzün, yağsız, üstünə, keçirin, nazik, xəmir, sobada, qızdırılmış, çimdik, gələrsə, bişirin, qarışdırın, sarısı, lazım, lobya, töküb
BİZİ İZLƏYİN