• Karamelli fındıqlı tart resepti

Reseptin məlumatları Baxış sayı: 13 299

Tarix : 6-11-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Yumurta sarısı - 2 ədəd
Kərə yağı - 250 q
Un - 300 q
Qaymaq(25% yağlı) - 170 ml
Şəkər pudrası - 70 q
Kakao - 2 x.q.
Qovurulmuş fındıq - 200 q

Hazırlanması:
Yumuşaq kərə yağını yumurtanın sarısı və şəkər pudrası ilə birləşdirib, mikserin vasitəsi ilə yüksək sürətdə çalın. Un və kakao tozunu bir qabda birləşdirib, yağlı qarışıma əlavə edin. Alınan qarışımı yaxşıca qarışdırın. Alınan xəmiri əlinizlə tart üçün formaya yerləşdirin. Sobanızı 180 dərəcəyə qədər isidib, tart üçün xəmirinizi 30 dəqiqə ərzində bişirin. Tart üçün karamel sousunu müxtəlif ərzaq dükanlarından əldə edə bilərsiniz. Ev şəraitində karamel sousu hazırlamaq üçün isə 200q şəkər tozunu 60 ml suda həll edib, qaynadın. Karamel sousunuzu bir qazana boşaldıb, üzərinə qaymağı əlavə edin. Qaymaqlı-karamelli qarışımı qaynamağa qoyub, dayanmadan qarışdırın. Karamelli-qaymaqlı qarışım qaynadıqda üzərinə fındıqları əlavə edib, əlavə 5 dəqiqə də qarışımı qaynadın. Alınan fındıqlı sousunuzu bişmiş tart üçün xəmirin üzərinə boşaldın. Tartın sousu bərkiyəndən sonra tartınıza əridilmiş şokolad ilə bəzək verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, qarışımı, Alınan, şəkər, qarışdırın, sousunuzu, bilərsiniz, dəqiqə, tozunu, birləşdirib, yağlı, sousu, pudrası, sarısı, qaynadın, karamel, şəraitində, qaynamağa, qoyub
BİZİ İZLƏYİN