• Kəsmikli ərik piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 21 695

Tarix : 10-08-2014, 00:29

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

100-120 q un
1 yumurta
50 q şəkər tozu
50 q yumşaldılmış kərə yağı

Krem:
200 q kəsmik
1 yumurta
1,5 x.q. xama
1,5 x.q. şəkər tozu
1 x.q. qarğıdalı nişastası
1 ç.q. q vanilli şəkər
ərik (təzə, yaxud konservləşdirilmiş; başqa meyvə də istifadə etmək olar)

Hazırlanması:
Yağı şəkər tozu ilə ağarıncayadək çalın, yumurta əlavə edib yenə çalın, ələnmiş un əlavə edib əlüstü xəmir yoğurun, qida plyonkasına büküb soyuducuda 1 saat saxlayın.

Kəsmiyi ələkdən keçirin, mikserin aşağı sürətində şəkər tozu, vanilli şəkər, yumurta, xama və nişasta ilə çalın.

Sobanı 180-200 dərəcə qızdırın. Kənarları açılan 19 sm diametrli formanı kərə yağı ilə yağlayın.

Xəmiri yayın, formanın içinə döşəyin, kənarlarını qaldırın. Üzərinə krem qoyun, əriyi düzün.

30-40 dəqiqə, piroqun üzəri bərkiyənədək bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, çalın, əlavə, vanilli, yayın, Xəmiri, formanın, içinə, nişasta, yağlayın, formanı, Kənarları, qızdırın, Sobanı, diametrli, dərəcə, kənarlarını, üzəri
BİZİ İZLƏYİN