• Rulet resepti

Reseptin məlumatları Baxış sayı: 27 299

Tarix : 7-04-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
4 yumurta
0.5 stəkan şəkər tozu
1 stəkandan 1-2 xörək qaşığı az un
1 paket vanel
1 paket qabartma tozu

Hazırlanması:
krem: tamamilə zövqə görədi istəsənis bişmə krem istifadə edə bilərsiniz, istəsəniz adi ərinmiş şokolad, istəsəniz qatılaşdırılmış süd, istəsəniz adi bildiyimiz kərə yağ ilə qatılaşdırılmış süddən hazırlanmış krem.

içi də yenə tamamilə zövqə görədi: istəsəniz banan və ya başqa meyvə, istəsəniz qoz və ya başqa ləpə qırıntıları səpə bilərsiniz arasına.

Hazırlanması: yumurtaları bir qaba qırıb tökürük üzərinə şəkər tozu əlavə edib mikserlə yaxşıca qarışdırırıq. Sonra ələnmiş un, vanil və qabartma tozunu əlavə edib yene çalırıq.

Xəmiri üzərinə kalka kağızı sərdiyimiz soba qabına tökürük, 170-180 dərəcədə 5-7 dəq bişiririk. Bişəndən sonra yumşaq keksi kalka kağızından ehmalca ayırırıq içini yuxarda qeyd elediklərimizlə zövqə görə əlavələr edib ehtiyatla bükməyə başlayırıq.

Hazır ruletin üzərini də yenə zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: istəsəniz, zövqə, bilərsiniz, görədi, qatılaşdırılmış, başqa, kalka, üzərinə, tökürük, əlavə, şəkər, paket, tamamilə, qabartma, Bişəndən, keksi, sonra, bişiririk, yumşaq, sərdiyimiz
BİZİ İZLƏYİN