• Moruqlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 7 776

Tarix : 17-04-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
• 3 yumurta
• 1, 5 su st. şəkər
• 200g kərəyağı (əridilmiş)
• 1 su st qatıq
• 2, 5 su st. un
• 1 paket qabartma tozu
• 1 paket vanil
• 250-300g moruq (təxminən bir kasa )

Hazırlanması:
İlk öncə yumurta və şəkəri 5-7 dəq mikserlə yaxşı çalırsız. Daha sonra qatıq, əridilmiş yağı (ev temperaturunda olsun çünki, isti olsa yumurtaları bişirər) əlavə edərək yenidən mikserlə çalırıq. Sonda un qabartma tozu, vanili əlavə edirik. Yağlanmış kek qabına xəmirimizi boşaldırıq və üzərinə moruqları ara məsafələr saxlayacaq şəkildə düzürük( moruq çox sıx olarsa keks yaxşı bişməyəcək). 180 dərəcə əvvəlcədn qızdırılmış sobada 40-45 dəq müddətində bişir.

Nuş olsun!
Etiketlər: yumurta, mikserlə, yaxşı, əlavə, qabartma, moruq, paket, qatıq, əridilmiş, xəmirimizi, məsafələr, saxlayacaq
BİZİ İZLƏYİN