• Qatılaşdırılmış südlü, kəsmikli keks resepti

Reseptin məlumatları Baxış sayı: 7 571

Tarix : 5-06-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 qram kərə yağı
100 qram şəkər
3 yumurta
200 qram un
200 qram kəsmik
1 çay q. qabartma tozu
1 çay q. Vanil
100 qram qatılaşdırılmış süd
Qoz

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.
Yağı şəkər ilə qarışdırın.
Yumurtanı əlavə edib mikserlə çalın.
Sonra kəsmiyi və vanili əlavə edin.
Una qabartma tozu qatıb qarışığın üzərinə tökün.
Bərk olmayan xəmir alınmalıdır.
Yağlanmış keks qablarının yarısına qədər xəmirdən töküb 2 çay qaşığı qatılaşdırılmış süd və doğranmış qoz əlavə edin, üstünə yenə xəmirdən tökün.
Keks qabları tam dolmamalıdır.
20-30 dəqiqə sobada bişirin.
Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, xəmirdən, qatılaşdırılmış, tökün, qabartma, qaşığı, doğranmış, üstünə, töküb, yumurta, qablarının, yarısına, qədər, qabları, dolmamalıdır, sonra, servis, bilərsiniz, Soyuduqdan
BİZİ İZLƏYİN