Tərkibi:300 q dondurulmuş çiyələk
50 q şəkər tozu (+ bir qədər də sous üçün)
1 st. süd
2 x.q. mannı yarması
nonparel (xırda rəngli karamellər, bəzək üçün)
Hazırlanması:Giləmeyvələrin suyunu süzün, təxminən 200 q qalacaq. Blenderdən keçirin. Şəkər tozu əlavə edib çalın.
Südü qazançaya töküb ocağın üstünə qoyun, qaynara düşəndə qarışdıra-qarışdıra ehtiyatla mannı tökün, vam odda qatılaşana qədər bişirin (təxminən 10 dəqiqə). Soyudun. Sonra mikserlə çalın. Çiyələkli püreni də əlavə edib yenə çalın.
Silikon formaya doldurub soyuducuda 3-4 saat saxlayın. 2 saat ərzində dondurucuda da saxlaya bilərsiniz.
Sous üçün çiyələyin suyunu az miqdarda şəkərlə qaynadın. Boşqaba sousdan damızdırın. Üzərinə nonparel səpin. Mussu da bir kənardan qoyun.
Nuş olsun!
Etiketlər: çalın, suyunu, təxminən, əlavə, nonparel, qoyun, qarışdıra, qədər, mannı, saxlayın, soyuducuda, ərzində, dondurucuda, saxlaya, Sonra, doldurub, püreni, Çiyələkli, Silikon, formaya