• Çurros resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 037

Tarix : 20-11-2014, 20:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Sous üçün:

0,5 st. su
0,5 st. şəkər tozu
2 x.q. portağal şirəsi
darçın

Xəmir üçün:
2 x.q. kərə yağı
0,5 st. su
1 st. un
2 yumurta
Çurros resepti - FOTO RESEPT


Hazırlanması:
Sous üçün suyu qaynadın, şəkər əlavə edib qarışdırın. Su qaynayan kimi darçın və portağal şirəsi əlavə edib 2 dəqiqə qaynadıb götürün.

Xəmir üçün kərə yağını əridin, sonra üzərinə su tökün. Su qaynayan kimi 30 saniyə ərzində möhkəm və dayanmadan qarışdıra-qarışdıra unun hamısını bu qaba tökün, ocaqdan götürün. Xəmir soyuyan kimi ona 2 yumurta əlavə edib qarışdırın. Alınan xəmirdən istədiyiniz formada xırda fiqurlar düzəldib çoxlu bitki yağında qızardın. Çurros 2 dəqiqə ərzində qızarır. Sonra bunları çıxarıb salfetlərin üstünə düzün ki, yağı çəkilsin.
Çüfrəyə çayla və sousla verə bilərsiniz. Üzərinə sedra və darçın da səpə bilərsiniz.
Çurros resepti - FOTO RESEPT

Çurros resepti - FOTO RESEPT

Çurros resepti - FOTO RESEPT

Çurros resepti - FOTO RESEPT

Çurros resepti - FOTO RESEPT

Çurros resepti - FOTO RESEPT

Çurros resepti - FOTO RESEPT

Çurros resepti - FOTO RESEPT

Çurros resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, Xəmir, darçın, qarışdıra, ərzində, dəqiqə, götürün, qarışdırın, tökün, bilərsiniz, qaynayan, şirəsi, şəkər, portağal, yumurta, bunları, salfetlərin, çıxarıb, qızarır, bitki
BİZİ İZLƏYİN