• Meyvə lavaşları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 188

Tarix : 1-02-2016, 16:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Zövqünüzə görə meyvə və giləmeyvədən istifadə edə bilərsiniz.

Meyvəni yuyub təmizləyin, dənəsi varsa, çıxarıb xırda doğrayın. Zövqə görə şəkər tozu əlavə edin. Əgər meyvə şirindirsə, şəkər tozuna ehtiyac yoxdur.

Meyvəni iri qazana qoyun, 4 st. meyvəyə 0,5 st. nisbətində su əlavə edin. Qaynara düşəndən sonra qazanın ağzına qapaq qoyub vam odda 10-15 dəqiqə bişirin. Meyvəni püre halına salın, şəkər tozu, limon şirəsi, sevdiyiniz ədviyyat əlavə edin.

Şəkər tozu tam əriyincə, amma 10 dəqiqədən artıq olmamaq şərtilə bu püreni qaynadın.

Əgər püre eynicinsli deyilsə, hazır olduqdan sonra blenderlə xırdalayın.

Formanın içinə sellofan döşəyin, üzərinə nazik lay meyvə püresini yayın. Diqqət edin ki, sellofan sobanın divarlarına dəyməsin, yaxud, meyvə püresinin üzərinə qatlanmasın.

Bunu 60 dərəcə qızdırılmış sobada qurudun. Üzəri hamar olub ələ yapışmayan zaman hazır hesab olunur.

Qurumuş lavaşaları rulon kimi büküb ağzı bağlı bankalarda saxlayın.

Meyvə lavaşları resepti - FOTO RESEPT

Meyvə lavaşları resepti - FOTO RESEPT

Meyvə lavaşları resepti - FOTO RESEPT

Meyvə lavaşları resepti - FOTO RESEPT

Meyvə lavaşları resepti - FOTO RESEPT

Meyvə lavaşları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: meyvə, əlavə, Meyvəni, şəkər, sonra, üzərinə, sellofan, hazır, yayın, püresini, Diqqət, sobanın, eynicinsli, dəyməsin, divarlarına, nazik, deyilsə, Formanın, xırdalayın, içinə
BİZİ İZLƏYİN