• Köhnə Riqa deserti resepti

Reseptin məlumatları Baxış sayı: 16 499

Tarix : 13-05-2016, 09:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q kəsmik
200 q xama
1 banka ananas konservi
0,5 l ananas şirəsi
25 q jelatin
0,5 banka qatılaşdırılmış süd
vanil
kişmiş

Hazırlanması:
Jelatini ananas şirəsilə qarışdırıb 1 saat saxlayın.

Blenderlə kəsmik, vanil, qatılaşdırılmış süd və xamanı çalın.

Şişmiş jelatini su hamamında qızdırın. Əriyəndə götürün.

Ananaslar iridirsə, kubik doğrayın, ya da ortadan bölün, kəsmikli kütlə, jelatin və əvvəlcədən qaynar suda isladılmış kişmişlə qarışdırın.

Bu qarışığı ya iri formaya, ya da ayrıca kremankalara tökün, bir müddət (özünü tutanadək) soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: ananas, qatılaşdırılmış, saxlayın, jelatin, vanil, kəsmik, banka, isladılmış, qarışdırın, kişmişlə, qaynar, kütlə, ortadan, qarışığı, kəsmikli, bölün, əvvəlcədən, kremankalara, tutanadək, soyuducuda
BİZİ İZLƏYİN