• Kəsmikli meyvəli desert resepti

Reseptin məlumatları Baxış sayı: 3 737

Tarix : 5-06-2017, 21:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kəsmik- 300 qr
Xama – 150 qr
Şəkər tozu- 2 stəkan
Jelatin – 1 stəkan
Süd – 100 ml
Konservləşdirilmiş şaftalı
Banan – 1 ədəd
Kivi – 1 ədəd

Hazırlanması:
Kəsmiyə xama və şəkər əlavə edin və blendrlə çalın.
Meyvələri təmizləyin və halqa formasında doğrayıb 4 yerə bölün.
Jelatinə süd qatıb şişməyini gözləyin.
Sonra jelatini odda tam əriyənə qədər qızdırın. (qaynamamaq şərti ilə).
Kəsmikli qarşığın üstünə əlavə edib yaxşı qarışdırın.
Formaya bir sıra meyvə düzün.
Kəsmikli qarışıqdan əlavə edin.
Sonra yenə meyvə düzün və qarışıq əlavə edin və təkrarlayın.
Son qat kəsmikli qarışıq olmalıdır.
Üzərinə bəzək üçün xırdalanmış şokolad dənələri tökə bilərsiniz.
Soyuducuda 30 dəqiqə saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, meyvə, düzün, qarışıq, Sonra, stəkan, Kəsmikli, şərti, qarışıqdan, qarşığın, Formaya, qarışdırın, üstünə, yaxşı, kəsmikli, bilərsiniz, dənələri, Soyuducuda, dəqiqə, saxlayın
BİZİ İZLƏYİN