• Qara çörəkdən şarlotka resepti

Reseptin məlumatları Baxış sayı: 15 150

Tarix : 21-08-2014, 02:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. qara çörək ovuntuğu
12 alma
1 st. şəkər tozu
2 st. xama

Hazırlanması:
Qara boyat çörəyi sürtgəcdən keçirin. 2 stəkan ovuntuq gərək olacaq.

Almaların qabığını soyun, cecəsini çıxarın, dilimləyin.

Dairəvi odadavamlı siniyə bir lay çörək ovuntuğu səpin, sonra bir lay alma düzün, üstünə şəkər tozu səpin. Sonra yenə çörək ovuntuğu səpin və almanın qalanını döşəyin. Üzərinə şəkər tozu səpin. 2 stəkan xamanı üzərinə yayın. Üstünə yenə çörək ovuntuğu səpin.

200 dərəcə qızdırılmış sobada üst çörək qatı xamanı hopdurub qızaranadək, təxminən 40 dəqiqə bişirin.

Süfrəyə yağlı qaymaqla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: çörək, səpin, ovuntuğu, şəkər, xamanı, stəkan, üzərinə, yayın, dərəcə, Üstünə, döşəyin, Sonra, almanın, qalanını, qızdırılmış, Üzərinə, qızaranadək, yağlı, qaymaqla, bilərsiniz
BİZİ İZLƏYİN