• Şokoladlı yumşaq qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 6 709

Tarix : 20-08-2017, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 qr qoz
150 qr fındıq,
400 qr pudra şəkəri,
100 qr kakao,
0.5 ç.q. duz,
1 x.q. vanilya,
4 ədəd yumurtanın ağı,
damla şokolad

Hazırlanması:
İlk öncə qoz və fındıqları qovururuq. Sonra bir qabda kakao, pudra şəkəri, duz və qovrulmuş ləpələri qarışdırırıq.
Kənarda yumurtanın ağını mikserlə yüksək sürətlə çalırıq (qatı ağ rəngli maddə olana qədər). Daha sonra quru qarışımı və vanilyanı yumurta ağına az-az əlavə edərək qarışdırırıq. Soba qabına qaşıq-qaşıq düzüb, 10-15 dəq əvvəlcədən 160 C dərəcədə qızdırılmış sobada bişiririk.
*Qeyd. Xəmirə qovrulmuş ləpə ilə bərabər damla şokolad da əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, damla, qovrulmuş, qarışdırırıq, qaşıq, yumurtanın, şokolad, pudra, şəkəri, kakao, düzüb, qarışımı, qabına, yumurta, vanilyanı, edərək, ağına, qızdırılmış, Xəmirə, bərabər
BİZİ İZLƏYİN