Tərkibi:Xəmir üçün:
4 st. un,
2 ədəd yumurta,
250 qr. bərk yağ,
1 paket vanil,
1 paket qabartma tozu,
bir çimdik duz,
1 x.q. şəkər tozu,
1 st. xama (və ya qatıq)
İçlik üçün:
cem,
çəkilmiş qoz ləpəsi,
şəkər toz
Üzəri üçün:
şəkır purası
Hazırlanması:Əvvəlcə un və yağı əlimizlə ovaraq umac edirik. Daha sonra üzərinə xəmir üçün qeyd olunmuş digər ərzaqı əlavə edərək ələ yapışmayan xəmir yoğururuq. Xəmiri 30 dəqiqə gözlətdikdən sonra 4 ədəd kündə tuturuq. Hər bir kündəni nazik yayıb, 12 hissə kəsirik. İçlik yerləşdirdikdən sonra yuxarıdan aşağıya doğru bükürük. 180 dərəcə istilikli sobada bişiririk. Son olaraq üzərinə şəkər pudrası səpirik.
Nuş olsun!
Etiketlər: sonra, şəkər, İçlik, xəmir, üzərinə, paket, hissə, yayıb, nazik, kündəni, dəqiqə, gözlətdikdən, kündə, tuturuq, kəsirik, aşağıya, bişiririk, sobada, olaraq, pudrası