Tərkibi:Xəmir:
5 st un
250 qr yağ
200 xama
1 ədəd yumurta
0.5 ç.q. soda
vanil
İçlik:
qoz
ləpəsi
şəkər tozu
Üzəri üçün:
şəkər pudrası
Hazırlanması:İlk öncə xəmir üçün un və yağı umac edirik. Sonra üzərinə yumurta, soda, vanil və xama əlavə edib, xəmir yoğururuq. Xəmiri 35-45 dəqiqə gözlətdikdən sonra 4 ədəd kündəyə ayırıb, yayırıq. Yayılmış xəmirdən üçbucaq formalı hissələr kəsirik və hər hissəyə içlik qoyub, bükürük. Əvvəlcədən qızdırılmış 170 dərəcə istilikli sobada altı qızarana kimi bişiririk. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpərək süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: şəkər, xəmir, sonra, üzərinə, yumurta, vanil, Əvvəlcədən, kəsirik, qızdırılmış, bükürük, qoyub, içlik, dərəcə, hissəyə, sobada, kirşanı, səpərək, bilərsiniz, Soyuduqdan, bişiririk