• Çiyələk cemli kruasan resepti

Reseptin məlumatları Baxış sayı: 11 426

Tarix : 17-08-2017, 21:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0.5 kq un,
50 ml duru yağ,
1 ədəd yumurta,
40 qr şəkər tozu,
12.5 qr duz,
25 qr yaş maya,
ilıq su (apardığı qədər)

İç üçün:
çiyələk cemi

Üzəri üçün:
1 ədəd yumurtanın sarısı
şəkər pudrası

Xəmir arası üçün:
200 qr. yağ

Hazırlanması:
İlk öncə xəmir üçün unu ələyirik. Sonra unun üzərinə ilıq su, maya və şəkər tozu qarışımını, daha sonra isə qalan ərzaqları əlavə edirik. Ələ yapışmayan xəmir alınanadək yoğururuq və 20-25 dəqiqə gözlədirik.

Yağı doğrayıb, streç plyonkada dörkünc formaya salırıq və soyuducuda dondururuq. Sonra xəmiri yayıb, üzərinə donmuş yağ qoyub, 3 qatlayırıq və soyuducuda 20 dəqiqə saxlayırıq. Bu qayda ilə yenidən xəmiri yayıb, zərf kimi büküb, soyuducuya qoyuruq (2 dəfə təkrarlanır). *Qeyd. Yağlama prosesini nə qədər çox təkrarlasanız qatlar bir o qədər çox olar.

Hazır olan yağlı xəmiri 2 hissəyə bölüb, nazik yayırıq. Üçbucaq formalı hissələr kəsib, cem qoyuruq və bükürük. Bükülmüş vəziyyətdə 30-45 dəqiqə gözlədirik ki, mayalansın. Sonda üzərinə yumurta sarısı çəkib, əvvəlcədən 180 dərəcədə isidilmiş sobada üzəri qızaranadək bişiririk. Zövqə görə bişdikdən sonra üzərinə pudra şəkəri səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, xəmiri, dəqiqə, qədər, şəkər, yumurta, sonra, soyuducuda, gözlədirik, xəmir, yayıb, Sonra, sarısı, qoyuruq, hissələr, təkrarlasanız, Üçbucaq, formalı, yayırıq, prosesini
BİZİ İZLƏYİN