Tərkibi:250-300 q kəsmik
0,5 st. şəkər tozu
1 yumurta
təxminən 400 q un
1 ç.q. soda
bitki yağı
Hazırlanması:Şəkər tozunu kəsmiklə qarışdırın. Yumurta, sirkədə söndürülmüş soda əlavə edin, qarışdırın, yoğun oxlovla azca döyün, içində lopalar qalmasın. Eynicinsli kütlə alınanadək beləcə döyə-döyə qarışdırın. Unu tədricən əlavə edin. Lövhənin üstünə boşaldıb, əlinizlə yoğurun.
Kündələyib 3-4 mm qalınlıqda yayın. Sonra kətəkəsənlə romblara doğrayın. Hər birinin ortasında bıçaqla yarıq qoyun. Rombun bir tərəfini bu yarıqdan keçirib dartın. Xəmiri yaxşı yoğurmusunuzsa, parçalanmamalıdır.
Yağı qızdırın, xvorostları əvvəlcə vam odda qızardın. Çalışın, xəmir parçaları yağın içinə «batsın». Belədə, daha yaxşı bişir.
Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, yaxşı, tərəfini, yarıqdan, keçirib, Xəmiri, dartın, Rombun, qoyun, romblara, kətəkəsənlə, doğrayın, birinin, bıçaqla, ortasında, yarıq, parçalanmamalıdır, içinə, yağın